"Zorakılığa son" mövzusunda "Dəyirmi masa"

Cəmiyyətdə rast gəldiyimiz zorakılıq hallarının aradan qaldırılması işi hələ məktəb yaşlarından ailədən başlanır. Məktəbin psixoloqu Nurlanna Əhmədova da məhz nu problemlərlə bağlı IX sinif şagirdləri ilə birlikdə "Zorakılığa son" mövzusunda "Dəyirmi masa" keçirdi. Şagirdlər zorakılıq- bulinq nədir?, onun növləri, daha çox hansı növləri ilə üzləşmələri, onun qarşısını necə almaq olar və.s suallar ətrafında fikir mübadiləsi apardılar.
Uşaqların fikrincə cəmiyyətdə öz hüquqlarını bilməyən şəxslər daha çox zorakılığa məruz qalırlar. Bunun üçün də ilk növbədə oxuyub, təhsil almaq lazımdır.
Uşaqlara bu mövzuda slayd və videoçarx göstərildi.