“Narkomaniya nəslə zərbədir” və “İntihar çıxış yolu deyil” mövzusunda diskusiyalar

Yetkinlik yaşına çatmış uşaqların pis vərdişlərdən uzaq olması, onların ətraf mühitlə əlaqələrinin düzgün qurulması vacib şərtlərdəndir. Bu problemlərin tez və vaxtında qarşısını almaq işində məktəbin, təhsil müəssisələrinin rolu danılmazdır.

Məktəb psixoloqu Nurlanna Əhmədova bu problemlərdən “Narkomaniya nəslə zərbədir” və “İntihar çıxış yolu deyil” mövzusunda XI sinif şagirdləri ilə qarşılıqlı söhbət apardı. Diskusiyada gənc nəslin narkomaniyaya, spirtli içkilərə və digər pis vərdişlərə alüdəçiliyinin səbəbi və nəticələri ətraflı müzakirə olundu. Qeyd edildi ki, pis vərdişlərdən qopa bilməyən asılı hala düşən bəzi gənclər çıxış yolunu intiharda görür. Amma bu çıxış yolu deyil. Çünki bu vərdişlərdən uzaqlaşmaq üçün xüsusi dispanserlərə müraciət etmək lazımdır. Sonda XI sinif şagirdləri gənclərin pis vərdişlərdən uzaq olması  sağlam gələcəyin təməlidir fikri ilə müzakirəni bitirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi