Qurd invaziyasına dair maarifləndirmə

    Bu gün tibb bacısı Aygül Seyidova Qurd invaziyasına dair maarifləndirmə işlərini məktəbin V-VI siniflərində də davam etdirmişdir. O, qurd xəstəlikləri və ondan qorunmağın yolları haqqında geniş çıxış etmişdir. Xəstəliyin kliniki mənzərəsi parazitin sayından və orqanizmin reaktivliyindən asılıdır. Orqanizmdə parazitin miqdarı az olduqda xəstəlik kliniki əlamətlər vermir. Qurd xəstəliyi aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- kefsizlik
- yorğunluq
- iştahanın azalması və ya artması
- ağızın sulanması
- ürəkbulanma
- qarında ağrılar
- bəzən qəbizlik və ya ishal

Parazitlərdən qorunmaq üçün meyvələr təmiz yuyulmalıdır, göyərtilərin 2-3 xörək qaşığı alma sirkəsi qatılmış suda 2-3 saat saxlanandan sonra yuyulması daha yaxşıdır. Uşaqların dırnaqları tutulmalı və onlar yataq paltarında yatmalıdırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi