"12 Noyabr Konstitusiya Günü" və "17 Noyabr Milli Dirçəliş Günü" mövzularında Təşkilat saatı

    Məktəbin tarix müəllimi Həsənova Validə rəhbəri olduğu 6"E" sinfində  "12 Noyabr Konstitusiya Günü" və "17 Noyabr Milli Dirçəliş Günü" mövzularında Təşkilat saatı keçirdi. Müəllim 17 Noyabr tarixi ilə bağlı şagirdləri ətraflı məlumatlandıraraq Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdığını qeyd etdi. Sovet imperiyasının anti-Azərbaycan siyasəti nəticəsində 1988-ci ildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovulub.

Beləliklə, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb. Daha sonra Milli Dirçəliş Günü ilə bağlı məlumat verilib. 17 noyabr 1992-ci ildən etibarən bayram günü kimi qeyd olunur.

Şagirdlər də böyük həvəs və maraqla bu əlamətdar günlərlə bağlı topladıqları məlumat və şeirləri təqdim ediblər. Konstitusiya gününün məhz Heydər Əliyev şəxsiyyətinin siyasəti ilə bağlı olduğunu bildirərək Heydər Əliyevin Müstəqil Azərbaycan Respublikasına birinci rəhbərliyi dövründə elm, təhsil, mədəniyyət, iqtisadiyyat və s.sahələrdə gördüyü böyük işlərdən də danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi