“Milli Dirçəliş Günü”nə həsr olunmuş Təşkilat saatı

Məktəbin tarix müəllimi Əhmədova Səriyə rəhbərlik etdiyi 7”E” sinfində “Milli Dirçəliş Günü”nə həsr olunmuş Təşkilat saatı keçirdi. Sinif rəhbəri qeyd etdi ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması bizim dirçəliş yolunda dönüş nöqtəmiz oldu.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Şagidlər də bu tarixi günlə bağlı fikirlərini bölüşdülər. Tədbirdə iştirak edən direktor müavini Arzu Əliyeva uşaqlardakı ruh yüksəkliyi və öz tarixi keçmişlərinə olan maraq üçün onları alqışladı.O qeyd etdi ki, keçmişini unudan xalqın gələcəyi yoxdur.