Unutmarıq heç zaman... Unutmarıq biz səni...

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.Məktəbin fizika müəllimi Səlminaz Allahverdiyeva rəhbərlik etdiyi 10”E” sinif şagirdləri ilə  II Qarabağ müharibəsində mənfur düşmənlərlə döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Axundov Mirzənin ailəsinə baş çəkdi. Onun qəbrini ziyarət etdilər. Ailəsinə Allahdan səbr diləyən sinif rəhbəri onun övladı Ağasəlim Axundzadənin hər zaman yanında olduqlarını qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi