“Şəhidlər ölməz” adlı “Dəyirmi masa”

5 noyabr 2021-ci il tarixində məktəbin 9”C” sinif şagirdləri Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş “Şəhidlər ölməz” adlı “Dəyirmi masa” keçirtdilər.Tədbirdə sinif rəhbəri Gülmirə müəllimə çıxış edərək bildirdi ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu ümumilikdə 300-dən çox yaşayış məntəqəsi və mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Həsrət bitmiş və Qarabağımızın tacı olan Şuşa şəhəri 28 ildən sonra əsarətdən qurtarmışdır. Şuşanın azad edilməsi dünya hərb tarixinə düşəcək əməliyyatlardan bir olmuşdur.
Sonra şagirdlər çıxış edərək vətənimizin azadlığı üğurunda canından keçmiş şəhidlərimiz haqqında məlümat verdilər və onların heç vaxt unudulmayacaqlarını, tarix boyu yaddaşlarda qalacaqlarını söylədilər.