Zəfər sənə yaraşır, canım Azərbaycanım!

Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
Zəfər sənə yaraşır, canım Azərbaycanım! mövzusunda tədbir keçirən ibtidai sinif müəllimi Kərimova Pərvanə çıxışına məhz bu şeir parçası ilə başladı. Şagirdlər də öz növbəsində vətən, vətənə sevgi mövzusunda şeirlər söylədilər. Sinif rəhbəri qəlbi Vətən sevgisi ilə daim döyünən balaca əsgərlərə bu qələbənin asan başa gəlmədiyini izah etdi.
1"A" sinfinin sinif rəhbəri Kərimova Pərvanə və sinfin valideyn və şagird kollektivi şəhidlərimizi böyük ehtiramla yad edir, bütün sevənlərinə dərin hüznlə başsağlığı diləyirlər. Qazilərimizə və veteranlarımıza Ulu Tanrıdan sağ can və xoşbəxtlik arzulayırlar. Şəhidlərimiz öz qanları ilə yaddaşlarda qalacaq əbədi dastan yazdılar. Hamımızın and yerinə və qürur mənbəyinə çevrildilər.