Qələbən mübarək, Vətən!

Bizə Zəfər yaşatdı, igid oğullarımız.

Hər birini anırıq, minnətdarıq hamımız!
Yaşa, Vətən, çox yaşa, yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış, Zəfəri bəxş edənə!

Bu şüarı bu gün məktəbin ibtidai sinif müəllimi Həsənova Nigar rəhbərlik etdiyi  1"F" sinfi ilə "Qələbən mübarək, Vətən!" mövzusunda keçirdiyi tədbirdə səsləndirdi. Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başladı. Sonra şagirdlərimiz şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Müəllim Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, igid oğullarımızın 44 Günlük Vətən müharibəsindəki şücaətindən danışdı. Şagirdlər Vətənə aid şeirlər, mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi