“8 Noyabr- Zəfər Günü”

     Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. 

Bu gün məktəbin direktoru Dadaş Əliyev və hərbi rəhbər Köçəri Verdiyevin təşkilatçılığı ilə “8 Noyabr- Zəfər Günü” adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin əməkdaşı Nazim Fətullayev, şəhid Elzar Yusubovun anası Günəş xanım, Vətən müharibəsi qaziləri və digər qonaqlar iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başladı. Hərbi salam verildikdən sonra şagirdlər vətən və Zəfər günü ilə bağlı şeirlər söyləyib, mahnılar oxudular. Qəhrəman əsgərlərimizin torpaqları azad etdikdən sonra Ali Baş Komandana məruzələrini, mənfur erməni əsgərlərinin əsir alınmasını, onlarla əlbəyaxa döyüşləri  əks etdirən səhnəciklər nümayiş olundu. Tədbir Qarabağ Azərbaycandır!, Yaşasın Azərbaycan şüarları ilə tamamlandı.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi