Qürur və sevincin vəhdəti - Zəfər Günü

İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq...Bəli 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. Bu gün hər birimiz qürur, böyük sevinc hissləri yaşayırıq. Biz Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdırdıq. Torpaqlarımızı ordumuzun gücü və əsgərlərimizin qəhrəmanlığı sayəsində qarış-qarış əldə etdik. Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi böyük qələbədir və Azərbaycan xalqı tarixi qələbəsini də öz müdrik rəhbərinin başçılığı ilə qazandı. Bu qələbəni məktəbimizin ibtidai sinif müəllimi Hüseynzadə Günelin rəhbərlik etdiyi 1"K" sinif şagirdləri də böyük qürurla qeyd edib.Tedbirdə uşaqlar vətən haqqında şeirlər, mahnılar səsləndirib. Vətənin hər qarışının dəyərli olduğunu öz təqdimatları ilə bir daha göstəriblər. Sonda məktəbimizin Təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova uşaqlara gözəl çıxışlarına görə təşəkkürünü bildirərək, hər zaman belə vətənpərvər olmağa səsləyib.