"Zəfər bayrağı" adlı Təşkilat saatı

     Məktəbin ibtidai sinif müəllimi Əhmədova Kəmalə rəhbərlik etdiyi1"B" sinfində "8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Bayraq Günü" nə həsr olunmuş "Zəfər bayrağı" adlı Təşkilat saatı keçirdi. Şagirdlərə 44 günlük müharibə haqqında  məlumat verən müəllimə bildirdi ki, bu böyük qələbə başda prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan ordusunun igid, cəsur oğullarının qanı, canı bahasına başa gəlib. Minlərlə igid oğullarımız vətən uğrunda döyüşərək canlarından keçdilər və Şəhidlik zirvəsinə ucaldılar. Lakin onların qanı əbəs yerə axmadı. Qarabağımız işğaldan azad olundu. Artıq üçrəngli bayrağımız Qarabağımızın hər guşəsində qürurla dalğalanır. Azərbaycan xalqı bu qələbəni əldə etməklə öz gücünü bütün dünyaya tanıtdi. Şagirdlər Vətənə həsr olunmuş mahnı oxudulur, zəfər gününə, bayrağa həsr olunmuş şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi