Ən yaxşı lider

Tarixi qələbəmizdən bir il ötür. Bu sevinci hərə bir cür yaşayır. Çünki kiminin ailəsində, kiminin qonşusunda, başqa birinin taleyində xüsusi iz qoyan 44 günlük müharibə, şükür ki, zəfərlə bitdi. Qələbəmizi və onun tarixi dəyərini uşaqlara aşılamaq məqsədi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 5"A" sinfinin vətənpərvər fidanları ilə "Ən yaxşı lider" mövzusunda layihə təqdim etdi. Müharibə, onun fəsadları və qurbanları barədə məlumat verən uşaqlar "bu şərəfli günün qalibi kimdir?" sualına müxtəlif cavablar versələr də, ümumilikdə "bu tarixi günün qalibi xalqdır" qənaətinə gəldilər. Çünki bir gözü ağlayıb, bir gözü gülən xalqımız öz əzmi, dəyanəti, dözümü və yurd sevgisi ilə silahlanıb qələbəmizi gerçəkləşdirdilər.