" Polyana sindromlu" ordu

    Tariximizin şanlı səhifəsi, Zəfər. Səninlə qovuşmağımız nə qədər uzun oldusa, bir o qədər şirin oldu. Bu şirinliyə hər addımda qürur dolu yaxınlaşdıq. Bu yaxınlaşmada çox canlar verildi, çox sinələrə dağ çəkildi. Amma bir gün də olsun ruhdan düşmədik, bədbinliyə qapılmadıq.
Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşənin rəhbərliyi ilə 7"D" sinfinin vətənpərvərləri Eleanor Porterin "Polyana" əsərinin ruhu, qayəsi ilə həmahəng olan şəhid və qazi ailələrinin ruh yüksəkliyindən danışdılar. Onlar Polyana obrazı ilə yaralarını sarıb yenidən döyüş meydanına atılan igidlərimizi, eləcə də müqəddəs iş uğrunda fiziki sağlamlığından keçən cəsurlarımızı və onların doğmalarını müqayisə etdilər. Doğrudur, igidlərimiz real, canlı obrazlardır, amma bu real obrazlar Cəbrayıl, Qubadlı və Füzulidə, eləcə də Şuşamızda üçrəngli bayrağımızı dalğalandıranda artıq ədəbi qəhrəmana çevrilmişdilər. Bu qəhrəmanların arzuları da  Polyanın xəyalları kimi gerçəkləşdi. Arzuların həmişə gerçək olsun, Azərbaycan əsgəri!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi