Yeni Azərbaycan Partiyasının sıralarına qoşulan gənc heyətimiz

    Bu gün Suraxanı rayonu YAP şöbəsinin əməkdaşı Salman Əbdülov məktəbimizin qonağı oldu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Dadaş Əliyev ümummilli lider Heydər Əliyev , onun layiqli davamçısı İlham Əliyev siyasəti, “44 günlük müharibə və ardından gələn qalibiyyət haqqında geniş çıxış etdi. Salman müəllim isə öz növbəsində YAP-ın qurulması, fəaliyyəti, gündən –günə artan üzvlərindən bəhs edərək müzəffər Ali Baş Komandana xalqın etimadını xüsusi vurğuladı.

Iclasda eyni zamanda Suraxanı rayonu İ.Əhlimanov 14/15 ünvanında yerləşən ərazi ilk partiya təşkilatına sədr olaraq məktəbin Hərbi rəhbəri Verdiyev Köçəri, müavin olaraq isə məktəbin laborantı Dəmirova Günel səsvermə yolu ilə seçildilər. Tədbirin sonunda YAP-ın sıralarına yeni qoşulan üzvlərə üzvlük vəsiqələri təqdim olunaraq hər birinə işlərində uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi