"Adım Ələsgərdi, yaxşı bil, tanı" adlı şeir müsabiqəsi

    Şifahi söz sənətinin dahi ustadı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə  respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Böyük ustadın yaradıcılığı əsrlər keçsə də, şirinliyi, təbii və sadəliyi, xüsusi dəst-xətti ilə ürəkləri fəth etmişdir. Aşığın söz sehri zaman keçdikcə daha çox qəlbi fəth edir, oxucusunu ovsunlayır. Məktəbimizin ədəbiyyat həvəskarları da Ələsgər sözünün sehrinə düşərək "Adım Ələsgərdi, yaxşı bil, tanı" adlı şeir müsabiqəsinə qatıldılar. Müsabiqənin birinci mərhələsində aşığın yaradıcılığına müraciət edərək saza, sözə qəlblərinin hərarətini də qatan şagirdlər xüsüsi istedad nümayiş etdirdilər. Direktor Dadaş Əliyevin rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə növbəti mərhələyə vəsiqə qazanan uşaqlara uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi