"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, siqaretin zərərləri" mövzusunda maarifləndirmə işləri

Məktəbin tibb bacıları Aygül Seyidova, Sevinc Abbasova  şagirdlərlə görüş keçirmiş onlara "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, siqaretin zərərləri" mövzusunda maarifləndirmə işləri aparmışlar.

Siqaret sağlamlığa çox ziyandır. Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir.

Onlar qeyd etdilər ki, siqaret çəkmək nəfəs orqanlarının xəstəliyinə gətirib çıxarır. Pnevmoniya, xroniki bronxit və emfizema.

Siqaret tüstüsündə olan maddələrin heç birinin insan orqanizminə faydası yoxdur, əksinə hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran,karbon-monoksid(CO) və xərçəng(kanserogen) yarada bilən maddələrdir.

Siqaretin zərərlərinə aid statistika:

-Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən olur.

-Bir ədəd siqaret,insan həyatını 11 dəqiqə azaldır.

-Hər gün dünya səthində 15 milyard siqaret dənəsi çəkilir. Bu isə, insan əhalisindən 2 dəfə çoxdur.

Bu kimi zərərli vərdişləriniz varsa, gec olmadan tərgitməyə çalışın. Hər şey sizin iradənizdən asılıdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi