“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri

“Məktəblinin dostu” layihəsinin əməkdaşları Paşayeva Aysel və Lətifov Təyyarın təşkilatçılığı ilə VII siniflərdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlığından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları və s. mövzularda biliklərin aşılanmasıdır.

 Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları, məişətdə yanğın, dəm qazı təhlükəsi” və “112 qaynar xətti” mövzularında çıxışlar edilərək videoçarxlar nümayiş etdirildi. Sonda suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi