“18 Oktyabr Müstəqilliyin Bərpası Günü”

    “18 Oktyabr Müstəqilliyin Bərpası Günü” münasibətilə məktəbin tarix müəllimi  Aksana Usubalıyeva rəhbərlik etdiyi VI “F” sinfində Təşkilat saatı keçirdi. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri qeyd etdi ki,  1991-ci il oktyabrın 18-də müasir  Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu. Qəbul olunmuş  Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini-bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Şagirdlər də öz növbəsində bu əlamətdar tarixin 30 illiyi münasibətilə tarixi hadisələrdən bəhs etdilər, şeirlər söylədilər və bu günün 44 günlük Vətən müharibəsi günlərinə təsadüf etməsini xüsusi vurğuladılar. “Qarabağ Azərbaycandır!” şüarı ilə müstəqillik dövrümüzün ən böyük “Zəfər tarixi”ndən sevə -sevə qururla danışdılar.

Həm sinif rəhbəri, hə də şagirdlər torpaqlarımızın azadlığı üçün canından, qanından keçən cənnət qoxulu şəhidlərimizi unutmayaraq yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi