Tarix metodbirləşmə üzvləri ilə iclas

Bugün tarix metodbirləşmə üzvləri iclas keçirdilər. İclasda ilk öncə şəhidlərin xatirəsi anılmış, sonra isə 2021-2022-ci il tədris ilində qarşıda duran məsələlər barədə müzakirələr aparılmışdır. Müzakirələr zamanı Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün aparılan II Qarabağ müharibəsi haqqında söhbətlər də edilmişdir. Sonda müəllimlər bir- birilərinə yeni tədris ilində uğurlar arzulayaraq qarşıdan gələn xalqımız üçün əlamətdar günlərdə müəllim-şagird münasibətilərini möhkəmləndirəcəklərini vurğulamışlar.