"Şəhidlər ölməzdirlər"

    Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin "Anım  günü" ilə bağlı  imzaladığı sərəncama əsasən 27 sentyabr  torpaqlarımız uğrunda canından keçən Şəhidlərimizin xatirəsini yad etmək üçün məktəbimizdə Silahlı Qüvvələrin leytenantı şəhid Elzar Yusubovun adını daşıyan 2"D" sinfinin müəllimi Ağamalıyeva Eleonora şagirdləri ilə birlikdə "Şəhidlər ölməzdilər" adlı Anım tədbiri keçirdi.Tədbirdə şəhidin həyat yoldaşı Gülanə xanım, qızı Ayan, məktəbin direktoru Dadaş Əliyev, TTİ üzrə direktor müavinləri Bəsti Nəsibova, Arzu Əliyeva və "Məktəblinin dostu" layihəsinin nümayəndələri iştirak etdilər.
Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər anım günü və şəhidlərin göstərdiyi  qəhrəmanlıqlar haqqında danışıb, şeirlər söyləyib, mahnı oxudular.
Dadaş müəllim və şəhidin xanımı da çıxışlarında şagirdlərə vətənpərvər olmağı, sülh şəraitində yaşamağı arzu etdilər. Bəsti Nəsibova çıxışında

prezident İlham Əliyevə və qazilərimizə can sağlığı arzu etdi. Tədbirin sonunda Eleonora müəllimə Şəhidin xanımına dəvəti qəbul edib gəldiyi üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi