“Qarabağ Azərbaycandır” mövzusunda tədbir

Məktəbin ibtidai sinif müəllimi Eyvazova Ruba rəhbərlik etdiyi IV”Ç” sinif şagirdləri ilə “Qarabağ Azərbaycandır” mövzusunda tədbir keçirmişdir. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev, TTİ üzrə direktor müavinləri Arzu Əliyeva və Bəsti Nəsibova da iştirak edirdilər. Tədbirin açılışı “Xudayar təsnifi “ ilə oldu. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri 44 gün davam edən II Qarabağ müharibəsinin başlaması və nəticələri haqqında məlumat verdi. Uşaqlar şeirlər və mahnılar ifa etdilər. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəb rəhbərliyi uşaqların bu qədər vətənsevər olmalarını yüksək qiymətləndirdilər.