Şəhidlər ölməz, Vətən bölünməz

Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə-Vətənə bağışlayan oğullardı qəhrmanlar.

Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri ölməzliyi, örnəyi olan şəhidlərin “Anım Günü”nə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda ibtidai sinif müəllimi Xoşqədəm İmanova rəhbərlik etdiyi IV “Ə” sinfində tədbir keçirdi. Tədbirdə Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, rəşadətli ordumuzun gücü nəticəsində 44 günlük müharibədə zəfər çalmağın sevincini bizlərə yaşatmaqları və tarixi qələbəmiz haqqında söhbət aparıldı. Tədbir ölkə başçısının zəfər müraciəti ilə yekunlaşdırıldı.Məktəbin direktoru Dadaş Əliyev şəhidlərin xatirəsini yaşatmağın hər birimizin vətəndaşlıq borcu olduğunu şagirdlərin nəzərinə çatdırdı. TTİ üzrə direktor müavinləri Arzu Əliyeva və Bəsti Nəsibova şagirdlərə hər zaman vətənpərvər olmağı arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi