27 sentyabr “Anım Günü”

Bu gün məktəbimizdə 27 sentyabr “Anım Günü” ilə bağlı silsilə tədbirlər keçirilir. STS şəhidləri yad edərək qərənfilləri Anım guşəsi önünə düzdülər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edldi. Daha sonra şəhidlər və şəhidlik zirvəsi haqqında şeirlər söyləyən körpə fidanlar hər zaman Vətəni sevəcəklərinə and içdilər. Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev, hərbi rəhbər Köçəri Verdiyev 44 günlük müharibə, xalqımızın əzmi və qəhrəmanlığı haqqında şagirdlərə məlumat verərək onlara vətənpərvər olmağı arzuladılar.