Məktəbimizin "Qızıl məzunlar"ı

Uğur zəhmət və biliyin vəhdətidir. Nailiyyət əldə etmək üçün insan çalışmalı, özünə inanmalıdır. Bu uğurun qazanılmasında məktəb və müəllim faktorunu da unutmaq olmaz. Məktəbimizin XI sinif şagirdlərindən Heybətli Ayşən və Əlizadə Məryəm “Xüsusi nümunəli attestat” və “Qızıl nişan” ilə təltif olundular. Azərbaycan Respublikası Təhsil nazirinin 15 iyul 2021-ci il tarixli F-357 əmrinə əsasən bu şagirdlərin adları məktəbin “Şərəf kitabı”na yazılmışdır. Məktəbin direktoru Dadaş Əliyev nişan və attestatları təqdim edərək onları təbrik etdi, onlarla fəxr etdiyini və uğurlarının axarlı olmasını dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi