"Yay məktəbi"nin son günündə "Baku book center" kitab dünyasına ekskursiya

    Bu gün "Yay məktəbi"nin son günü idi. Bu münasibətlə məktəbin ibtidai sinif müəllimləri Hacıyeva Samirə və Novruzova Məlahət rəhbərlik etdikləri 2"V" və 2"Ğ" sinifləri ilə "Baku book center" kitab dünyasına ekskursiya etdilər. Burada maraqlı kitablar və müəlliflərlə tanış olan şagirdlər rəngarəng söz dünyasının sehrinə səyahət etdilər. Ekskursiya zamanı parkda piknik edərək müxtəlif rəsmlər çəkən körpə fidanlar xəyallarındakı rəngləri dilə gətirdilər. Sinif rəhbərləri əylənərək öyrənən şagirdlərə Yol hərəkəti qaydaları, işıqforun rəngləri haqqında canlı dərs də keçdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi