Qobustan muzeyinə ekskursiya

İyunun 29-da "Yay məktəbi" çərçivəsində məktəbin ibtidai sinif müəllimi Məmmədova Xatirə rəhbərlik etdiyi 3"A" sinif şagirdləri ilə Qobustan muzeyinə ekskursiya etdi. Burada qayaüstü təsvirləri görüb Qavaldaşı ilə canlı tanış oldular. Sinif rəhbəri Azərbaycanın ilk insan məskənlərindən biri olan ərazi haqqında ətraflı məlumat verdi. Bu səyahətin uşaqlar üçün həm öyrədici, həm də əyləndirici olması danılmazdı.