“Suraxanı” gəmi-muzeyinə ekskursiya

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Dənizçi Günü” peşə bayramı münasibəti ilə məktəblilərin “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiya “Məktəblinin dostu” layihəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin birgə təşkilatçılığı ilə baş tutub.
Gəzintidə məktəblilər bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.
Daha sonra ekskursiya iştirakçıları muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi izləyiblər.