"Ekoloji monitorinq" aparmaq məqsədilə ekskursiya

Məktəbin 5"D" sinif şagirdləri Yay məktəbi çərçivəsində Gülşən Zamanovanın təşkilatçılığı ilə Həyat bilgisi fənninin tədris proqramına uyğun olaraq yaşadıqları ərazidə "Ekoloji monitorinq" aparmaq məqsədilə ekskursiyaya çıxdılar. Şagirdlər, ekoloji gərginlikli əraziləri müşahidə edərək öz qeydlərini apardılar. Yol boyu çirklənmə mənbələrini araşdıraraq onların aradan qaldırılması ilə bağlı öz təkliflərini irəli sürdülər. Şagirdlər əllərində təbiəti qorumağa səslənən şüarlarla insanların böyük rəğbətini qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi