Qəhrəmanları unutmadıq

    Yay məktəbinin üçüncü günündə şagirdlərə şəhidlərimiz və milli qəhrəmanlarımız, keçdikləri uğurlu zəfər yolu haqqında Eleonora müəllimə məlumat verdi. Şəhidlərə həsr olunmuş divar qəzetləri ilə uşaqları tanış etdi. Şagirdlər vətən və şəhidlər haqqında şeirlər söylədilər. Cəmilə müəllimə şəhidlərimizin vətən yolunda canlarından keçərək tarix yazdıqlarını və bu tarixi yazan şəhidləri heç vaxt unutmayacağımızı, unutdurmayacağımızı bildirdi. Sonda uşaqlar sülh rəmz olan göyərçinləri üçrəngli bayrağımızın rəngləri ilə rəngləyərək bildirdilər ki, sülh içində firavan yaşayaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi