15 İyun Milli Qurtuluş Günü

Məktəbin biologiya fənn metodbirləşməsi 11.06.2021-ci il tarixində şagirdlərlə birgə onlayn tədbir keçirdi.Tədbir 15 İyun Milli Qurtuluş günümüzə həsr olunmuşdu. Tədbirdə şagirdlərimiz müxtəlif rəsm əsərləri, musiqi nümunələri və şeir parçaları ilə çıxış etdilər.
Müəllimlərimiz vurğuladılar ki, Azərbaycan xalqının tarixində ən önəmli günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu günü bizlərə bəxş edən isə xalqının həmişə yaşar lideri, arxa və dayağı olan Heydər Əlirza oğlu Əliyevdir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.