"Qarabağ Azərbaycandır!" mövzusunda "Təşkilat saatı"

Məktəbin biologiya müəllimi Hüseynova Samirə rəhbərlik etdiyi 6"D" sinif şagirdləri ilə "Qarabağ Azərbaycandır!" mövzusunda "Təşkilat saatı" keçirdi.Tədbiri himnin səslənməsi ilə açıq elan edən sinif rəhbəri 44 gün davam edən II Qarabağ müharibəsi haqqında geniş məlumat verdi. Qazanılan zəfərin Cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində əldə edildiyini də qeyd etdi. Uşaqlar da Azərbaycanın gözəl guşəsi Qarabağ və işğaldan azad olunmuş digər şəhər və rayonların təbiəti, mədəni abidələri və görkəmli şəxsiyyətlərini yad etdilər. Bizi zəfərə qovuşduraraq canlarından keçən şəhidləri və bu yolda qazi olanları heç vaxt unutmayacaqlarını qeyd etdilər.