IX siniflərin ümumməktəb valideyn iclası

Mayın 24-də məktəbin IX siniflərində təhsil alan şagirdlərin valideynləri ilə onlayn iclas keçirildi. İclasda məktəbin direktoru Dadaş Əliyev, TTİ üzrə müavinlər İlham Kazımov, Gültəkin Axundova, Aqşin Kazımov, tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, sinif rəhbərləri və valideynlər iştirak edirdilər. Buraxılış imtahanlarında şagidlərimizdən yüksək nəticə gözlədiyini qeyd edən Dadaş müəllim eyni zamanda valideynlərə bildirdi ki, övladlarının məktəbdaxili qiymətləndirmədə iştirakını təmin etməlidirlər. Məktəb rəhbərliyi valideynləri narahat edən sualları cavablandırdı.