"Böyük şəxsiyyətin qoyduğu izlər" mövzusunda "Dəyirmi masa"

8 May 2021- ci il tarixdə məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə "Böyük şəxsiyyətin qoyduğu izlər" mövzusunda "Dəyirmi masa" keçirilmişdir. Bu tədbir məktəbin ingilis dili müəllimlərinin təşəbbüsü ilə təşkil olunmuşdur.
Tədbir iştirakçıları Heydər Əliyevin həyat ve fəaliyyətinin əsas istiqamətləri haqqında geniş məlumatı müzakirə etmişlər. Əslində Azərbaycan dövlətinin bütün istiqamətlərdə apardığı siyasətdə - müstəqillik, elm və təhsil, ordu quruculuğu, incəsənət, səhiyyə, iqtisadiyyat, ana dilinə qayğı, uşaq və gənclərlə iş və bunlar kimi bir çox sahələrdə Ulu Öndərin uzaqgörən strategiyası həlledici rol oynamışdır. Dəyirmi masada TTİ üzrə direktor müavinləri Axundova Gültəkin, Kazımov Aqşin və tərbiyə işləri üzrə direktor müavini Əliyeva Arzu iştirak edirdilər.