"Mən həmişə fəxr etmişəm, indidə fəxr edirəm ki, mən Azərbaycanlıyam"

Ulu Öndər, Azərbaycanın memarı, qurucusu Heydər Əliyevlə bağlı tarix müəllimi Əhmədova Səriyə rəhbərlik etdiyi 6"E" sinfində Açıq dərs vermişdir. Bu dərsdə Heydər Əliyevin anadan olması, fəaliyyəti, Azərbaycan xalqı üçün gördüyü işlərdən danışmışlar. Uşaqlar məlumatları videoçarxlar, bədii nümunələr, Ulu Öndərin dəyərli kəlamları ilə çatdırmışlar. Bu dərsdə Heydər Əliyevin davamçısı İlham Əliyevin baş komandanlığı ilə 44 günlük müharibədə qələbə çalaraq Azərbaycan qurucusunun arzusunu reallaşdırdığı haqqında da danışmışlar. Eyni zamanda dərsdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva, tarix metodbirləşmə sədri Dilarə Dadaşova da uşaqların çıxışlarına qulaq asmış və fikirlərini dəstəkləmişlər.