"Heydər Əliyev-Azərbaycanın ümummilli lideri" mövzusunda "Təşkilat saatı"

Bu gün məktəbin riyaziyyat müəllimi Babayeva Məhsəti rəhbərlik etdiyi 7"G" sinfində "Heydər Əliyev-Azərbaycanın ümummilli lideri" mövzusunda "Təşkilat saatı" keçirdi. Şagirdlərə Heydər Əliyev haqqında məlumat verildi. Onun dahi şəxsiyyət, uzaqgörən siyasətçi, xalqına, vətəninə bağlı bir insan olduğu vurğulandı. Ümummilli liderin ömür yolunu əks etdirən görüntülər nümayiş olundu. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında hazırladıqları təqdimatları, şeirləri səsləndirdilər. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev və tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva da iştirak edərək öz dəyərli fikirlərini şagirdlərlə bölüşdülər.