"Heydər Əliyev məktəblilərin gözü ilə" adlı "Təşkilat saat"ı

Məktəbimizin 8"Ə" sinif şagirdləri sinif rəhbərləri Reyhan Alışovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı "Təşkilat saat"ı keçirmişlər. Ulu Öndəri fəxrlə yad edən şagirdlər Heydər Əliyevin həyat qayəsi-vətənimiz Azərbaycanın inkişafı, çiçəklənməsi, Azərbaycan dövlətini öz balası kimi sevməsindən ürək dolusu danışdılar. Onun yaddaşlara əbədi həkk olan sözü "Mən həmişə fəxr etmişəm ki, və indidə fəxr edirəm ki, mən Azərbaycanlıyam" kəlmələrini yada salaraq topladıqları məlumatları çatdırdılar. Beləki, şagirdlərdən Əmirova Leyla Heydər Əliyevin güclü siyasətindən və dahi Ulu Öndərin dünyada tanınmış güclü liderlik hakimiyyətindən, Qədirli İlahə Heydər Əliyevin bir natiq kimi dünyaca məşhur dahi şəxsiyyət olmasından, Mehdiyeva Nuray Heydər Əliyevin dillər əzbəri olan, indidə hər bir kəsin işlətdiyi çox mənalı kəlamlarını dilə gətirmiş, Əhmədzadə Rasimə bu dahi şəxsiyyətin qürurla yaratdığı güclü Azərbaycanı etibarlı əllərə özünün yetişdirdiyi varisi olan İlham Əliyevə miras qoymasından və Musayeva Nigar onun haqında gözəl şeir söyləmişdir. Şagirdlər Ulu Öndərin xatirəsini qürurla anıb, yad etmişdirlər.