"Tarixlərə yazılan şəxsiyyət" adlı onlayn dərs

05.05.2021- ci il tarixdə məktəbin coğrafiya müəllimi Ələsgərov Nizami 7"A" sinfində Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş " Tarixlərə yazılan şəxsiyyət" adlı onlayn dərs keçirmişdi. Dərsi giriş sözü ilə açan Nizami müəllim Ulu öndərin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Uşaqlar da öz çıxışlarında xalqımız, ölkəmiz üçün misilsiz xidmətləri olan Heydər Əliyev haqqında topladıqları məlumatları, şeirləri söylədilər, hazırladıqları videoçarx nümayiş olundu.