"Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması" mövzusunda tədbir

    Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyünüb, pislərini özünə dərd etdiyin yurd -Vətəndir. Bu vətənin böyük, şərəfli bir adı var- Azərbaycan! Ümummilli lider Heydər Əliyev söyləmişdi ki, Milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.

Bu gün Məktəbimizin  psixoloqu Nurlanna Əhmədova 4"K" sinfində "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması" mövzusunda tədbir keçirdi. Uşaqlara vətənimizin qəhrəmanlarından, ll Qarabağ müharibəsində canından keçmiş şəhidlərimizdən danışdı. Vətənimizin gözəlliklərindən söhbət açdı. Şagirdlər də öz növbəsində vətən haqqında şeirler söylədilər, təqdimatlar etdilər. Sonda isə vətənpərvərlik  mövzusunda çəkdikləri şəkilləri nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi