"İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici söhbət

    30.04.2021-ci il tarixində məktəbin psixoloqu Nurlanna Əhmədova və UBR-i Təhminə Osmanova  VI "Ə" sinif şagirdlərinin iştirakı ilə "İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici söhbət apardılar. Psixoloq internetdən, sosial şəbəkələrdən, kompüter və telefonlardan təhlükəsiz istifadə qaydaları və s. haqqında məlumat verdi.

Söhbət zamanı UBR uşaqların internet təhlükəsizliyinin təmin olunmasının  olduqca önəmli məsələ olduğunu qeyd etdi. İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olmasının qaçılmaz reallıq olduğunu bildirdi. Şagirdlərə internetdən istifadə zamanı məsuliyyətli olmaq məsləhət görüldü. İnteraktiv formada keçən görüşdə şagirdlərlə kompüter və sosial şəbəkələrin  müsbət və mənfi tərəfləri müzakirə olundu, fikir mübadiləsi aparıldı. Təqdimat, videoçarx nümayiş olundu, suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi