"Nizami dünyasına səyahət" adlı onlayn tədbir

Söz sənətinin əbədi dühası Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində tədbirlər davam edir. Bu dəfə də məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri: Sadıqova Xalidə, Qafarova Zərövşən və Leyla Adışirinova Nizami sevərləri bir araya gətirdilər. Sözün qədrini bilən və onun sehrli aləminə seyrə çıxan iştirakçılar Nizami dünyasında qərar tutdular. Şairin lirik şeirləri, poemaları, hikmətli kəlamları, eləcə də "Sənsiz" və "Sevgili canan" ın möcüzəli musiqisi tədbir iştirakçılarını Nizami aləminə apardı. Və o aləmdə İsgəndərin, Nüşabə və Şirinin, Leyli ilə Məcnunun, Xosrovla Fərhadın müasiri və dostu kimi ədalətli, mərhəmətli olmağın yollarına iz saldılar.