"Uşaq evin güzgüsüdür"

Pandemiya şəraitində hər kəsin evdə, ailədə birlikdə olması şərtdir və bu şərtlər daxilində ailədə mehriban, xoş münasibət qurmaq çox önəmlidir. Çünki "uşaq evin güzgüsüdür"- deyiblər. Elə etməliyik ki, o güzgü sağlam cəmiyyətə yararlı vətəndaş göstərsin. Bu işin ən peşəkar səviyyədə qurulması işində məktəb psixoloqu Nurlanna Əhmədova 6"D" sinif şagirdləri ilə valideyn-uşaq münasibətlərinin tənzimlənməsi mövzusunda virtual söhbət apardı. O, uşaqları maraqlandıran suallar, eyni zamanda onların qarşılaşdıqları çətinliklər barədə qarşılıqlı diskusiya qurdu. Qeyd etdi ki, müvəqqəti çətinliklərdən qorxmasınlar.