Uğur qazanmağın qarantı- özünəgüvən, sadiqlikdir

Milli mənəvi dəyərlər, onlara hörmət, onların qorunması vacibdir. Çünki bu qanımızdan, canımızdan gəlir. Psixoloq Nurlanna Əhmədova da bu dəyərləri və onların necə ötürülməsi yollarına işıq salmaq məqsədi ilə 9"F" sinif şagirdlərini maraqlı virtual diskusiyaya dəvət etmişdi. Vətənpərvərlik, sadiqliq, ailəcanlılıq, sadəlik kimi dəyərlərdən söhbət edən iştirakçılar sonda onlarla keçirilən fənn sınaqlarında özünəgüvən hissinin vacibliyini vurğuladılar. Qeyd etdilər ki, istər fənn sınaqlarında, istərsə də həyat məktəbinin sınaqlarında uğur qazanmağın qarantı özünəgüvən, sadiqlik, ətrafa sevgidir.