Nizami Gəncəvi- söz sənətinin fatehi

    Söz sənətinin fatehi Nizami Gəncəvi 9 əsrə yaxındır ki, dünyanı müqəddəs söz zirvəsindən seyr edir. 9 əsrə yaxındır ki, dünya bu fatehi həm sevgi, həm də qibtə hissi ilə yad edir. Bu sevginin göstəricisi olaraq ölkə rəhbərinin qərarı ilə söz ustadının 880 illiyi dünya ictimaiyyəti tərəfindən qeyd olunur. Təbii ki, bizim də bu sevgiyə qatqımızın olmasını istədik. Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 10"Ç" sinfinin Nizami sevərləri ilə onun həyat və yaradıcılıq  yoluna virtual səyahət etdilər. Şairin qəzəlləri, poemaları haqqında maraqlı məlumatlar verən şagirdlər, eyni zamanda "Nizami" filmindən kadrları izləyərək sanki bu böyük şəxsiyyətlə ünsiyyət qurmağa çalışdılar. Maraqlıdır ki, şagirdlər şairin əsərlərindən nümunələr təqdim etdikcə onu müasirləri kimi görürdülər. Çünki Nizami Gəncəvi zaman tanımayan söz fatehidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi