Kimdir əlil?

Ömrünü fiziki qüsurla keçirmək hələ dünyanın sonu deyil. Özünü cəmiyyətdən ayırmaq, uzaqlaşmaq, hər şeyə neqativ yanaşmaq, önəmli olduğunu görməməkdir əlillik. Bu fikirlər Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşənin 6"D" sinfi ilə birgə keçirdiyi "Kimdir əlil?" təqdimatında səsləndi.
Şagirdlər əlil insanlar və onların cəmiyyətdəki mövqeyindən danışaraq ömür yolları ilə bağlı maraqlı layihələr təqdim etdilər. Qarabağ qaziləri: Camal Alxasov, Yusif Musayev, Şahin Səfərov, İlham Zəkiyev, eləcə də fiziki qusurları olmasına baxmayaraq, dünyaya meydan oxuyan Nik Vuyçiç, soydaşımız Amid Həsənoğlu haqqında inanılmaz və yaddaqalan məlumatlar təqdim etdilər. Nümayiş edilən videoçarxlar hər bir uşağın vətənə və onun vətəndaşına sevgisi ilə dolu idi. Onlar sübut etməyə çalışırdılar ki, fiziki qüsur əlillik deyil, əsl əlil Vətəninə, millətinə xor baxan, imkanı belə olsa, heç kimə faydası dəyməyən insanlardır.