Şəhid ailəsini ziyarət etdik.

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Baş gizir Axundov Mirzə Musa oğlunun ailəsini ziyarət etdik. Məktəbin direktoru Dadaş Əliyevin təşkilatçılığı ilə baş tutan görüşdə məktəbimizin ibtidai sinif müəllimi Günel Rüstəmova və rəhbərlik etdiyi 2"F" sinif valideynləri də iştirak edirdilər. Məktəbin direktoru Dadaş müəllim şəhid övladlarına öz tövsiyyə və məsləhətlərini verdi. Xatırladım ki, şəhid Axundov Mirzənin 3 övladı da məktəbimizdə təhsil alır. 2"F" sinfi Şəhid ailəsinə maddi və ərzaq yardımı da gətirmişdi.