"İşğaldan azad olunan rayonlarımızın tarixi, bu ərazilərdəki abidələrimiz və böyük qayıdışa hazırlıq” mövzusunda Açıq dərs

2020-ci il sentyabrın 27-də başlanıb 10 noyabr 2020-ci ildə bitən Ikinci Qarabağ müharibəsi zamanı torpaqlarımız işğaldan azad olundu. Bu qələbə Ali Baş Komandanımızın hərbi istedadı, ordumuzun və xalqımızın birliyi nəticəsində yaranmış “dəmir yumruğun qələbəsi” idi. 16.03.2021-ci ildə "İşğaldan azad olunan rayonlarımızın tarixi, bu ərazilərdəki abidələrimiz və böyük qayıdışa hazırlıq” mövzusunda məktəbin tarix müəllimi Lətifə Abdullayeva 6”A” sinfində Açıq dərs keçirdi. Dərs Fəaliyyət planının 1.3.1 bəndinə uyğun təşkil olunmuşdur. Dərsdə direktor müavini Gültəkin Axundova da iştirak edirdi. Qruplara bölünən şagirdlər təqdimatlarla bərabər hazırladıqları divar qəzetini və çəkdikləri şəkilləri ilə də doğma torpaqlarımıza məhəbbətlərini göstərdilər. Dərsin sonunda Gültəkin müəllimə şagirdlərə uğurlar arzuladı. Onların vətənpərvərlik ruhunda böyümələrini alqışladı.