“Qadın kimdir ?” mövzusunda tədbir

Məktəbin 7”C” sinfində sinif rəhbəri Məmmədova İfayətin rəhbərliyi ilə “Qadın kimdir ?” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əskərovanın xatirəsinə həsr olunmuşdu. Tədbirdə məktəb rəhbərliyi, məktəb kollektivi, valideynlər, şəhid Bayramov Səlimxanın anası Bayramova Rəhilə xanım, Qarabağ qazisi Ələkbərov Elnur iştirak etdi.
Şagirdlər Milli Qəhrəmanın həyatı, döyüşlərdə iştirakı haqqında geniş məlumatlar verdilər. Şagirdlərdən Ağalı Selcan, Dəmirova Zuleyxa və Ağazadə Leylanın ifasında şeirlər səsləndi. Sonda Babazadə Nərminin ifasında 44 günlük Vətən müharibəsinin ilk və tək şəhid qadını Arəstə Baxışova ilə Salatın Əskərovanın xəyalı görüşü canlandırıldı. Salatın Əskərovaya Qarabağ Azərbaycana qaytarıldı- müjdəli xəbəri çatdırıldı.