Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların xatirəsinə həsr olunmuş sərgi

Məktəbin 4"E" sinif şagirdləri sinif rəhbəri Cəfərova Elazərin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların xatirəsinə həsr olunmuş sərgi təqdim etdilər.
44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı yenilməz, bütöv xalqdır və onun dünya liderləri sırasında xüsusi çəkisi olan İlham Əliyev kimi Ali Baş Komandanı var.
Sərgidə şagirdlər torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn, adını tarixə yazan General mayor Polad Həşimov, mayor Rahib Babayev, Orxan Kərimli, Camal Vidadi oğlu İsmayılov, kapitan Əsəd Həsənov, Qeybiyev Arif Ismayil oğlu, Xəlilbəyli Turqut Nadir oğlu, Fidan və Şəhriyar Qurbanovlar, Xudayar Yusifzadə haqqında ətraflı məlumatla iştirak etdilər.
Söz verdilər ki, onlar da Vətənə layiq vətəndaş olacaq, bununla da şəhidlərin ruhunu şad edəcəklər.