“ Ələsgərəm, hər elmdən halıyam” adlı Açıq dərs

Saza, sözə dəyər vermək, onun sehrinə düşmək xalqımızın ruhundan gəlir.
Ruhumuzun qidası olan aşıq sənətinin böyük sənətkarı dədə Ələsgər iki əsrə yaxındır ki, bizi söz aləminin sehrinə salıb.
Dövlət rəhbərinin sərəncamı ilə bu il-2021-ci il Aşıq Ələsgərin 200 illik yubileyi respublika səviyyəsində qeyd olunur. Bu məqsədlə Azərbaycan dili və ədəbiyyat müəllimi Qafarova Zərövşən 10”Ç” sinfində “ Ələsgərəm, hər elmdən halıyam” adlı Açıq dərs keçirdi.
Aşıq Ələsgər yaradıcılığına virtual səyahət edən şagirdlər el sənətkarının şeirlərindən nümunələr söyləməklə yanaşı, həyat yoluna da işıq saldılar. Qeyd etdilər ki, taleyinə qaçqınlıq yazılan saz, söz ustadının vətəni Kəlbəcər artıq düşmən tapdağından azad olub və gələcəkdə sənətkarın məzarı bərpa edilərək, tarixi abidə kimi əziz tutulacaq.